“Qarabağ” - “Ferensvaroş”: Jurnalistlərin PROQNOZU
03.08.2022 - 13:21
“Qarabağ” - “Ferensvaroş”: Jurnalistlərin PROQNOZU

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununa çıxacaq.

Azərbaycanlı jurnalistlər Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma ilə bağlı apasport.az saytının sorğusunu cavablandırıblar.

Həmkarlarımız Macarıstan çempionu önündə təmsilçimizi favorit hesab edir. Səsvermədə iştirak edən 13 nəfərdən 9-u Qurban Qurbanovun yetirmələrindən doğma arenada qələbə gözləyir. Onlardan 5-i 2:1 hesabını proqnozlaşdırıb. Digər 4 jurnalist isə qarşılaşmadan heç-heçə gözləyir.

Elçin Cəlilov (futbolpress.az) – 2:2
Saleh Arslan (korner.az) – 2:1
Elmir Əliyev (haqqin.az) – 2:1
Mirələm Həsənli (sportlife.az) – 1:0
Elsevər Məmmədov (qafqazinfo.az) – 3:1
Ceyhun Əliyev (sport24.az) – 1:1
Zaur Xudiyev (oxu.az) – 1:0
Kənan Məstəliyev (rekord.az) – 0:0
Səxavət Qurbanov (idmanxeber.az) – 2:1
Teymur Maksutov (1news.az) – 3:1
Tahir Mirzə (İdman TV) – 1:1
Ruslan Mikayıllı (azerisport.com) – 2:1
Vüqar Xeyrullayev (apasport.az) – 2:1

Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək. Bu komandalar arasında cavab matçı avqustun 9-da olacaq.

writer photo
Əlirza Əlirzalı
0