“Liverpul”un futbolçusuna üç təklif
20.06.2022 - 22:27
“Liverpul”un futbolçusuna üç təklif

“Liverpul”un futbolçusu Takumi Minamimo yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu “Böyük beşlik” ölkələrindən təkliflər alıb.

“Atalanta”, “Lids” və “Monako” yaponiyalını heyətində görmək istəyir. Liverpullular Minaminonu yalnız 20 milyon avro qarşılığında buraxmağa razıdır.

Qeyd edək ki, Takumi ötən mövsümdə 24 matçda 10 qol vurub. Onun “Liverpul”la anlaşması 2024-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0