"Yuventus" "Everton"un hücumçusunu aldı
07.03.2023 - 23:04
"Yuventus" "Everton"un hücumçusunu aldı

"Yuventus" "Everton"dan Mois Kini alıb.

Apasport.az xəbər verir ki, "Goal"un jurnalisti Romeo Aqrestinin sözlərinə görə, Turin klubu 23 yaşlı hücumçunun məcburi satınalma variantını artıq aktivləşdirib. Tam transfer “Yuve”yə 28 milyon avroya başa gəlib.

Qeyd edək ki, Fil Dişi Sahili əsilli hücumçu 2-ci mövsümdür ki, "Yuventus"da icarə əsasında çıxış edir. O, cari A seriyasında 23 matçda 5 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0