"Neftçi" növbəti yoxlama görüşünə çıxacaq
25.07.2024 - 13:47
"Neftçi" növbəti yoxlama görüşünə çıxacaq

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin yoxlama görüşlərindəki sonuncu rəqibi bəlli olub.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" sabah Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Paytaxt klubu sabah toplanışa yekun vuracaq

writer photo
Əlirza Əlirzalı
0