"Neftçi" "Qəbələ"nin yetirməsini transfer edəcək
27.05.2024 - 22:41
"Neftçi" "Qəbələ"nin yetirməsini transfer edəcək

"Neftçi"nin növbəti transferinin adı bəlli olub.

Apasport.az saytına verilən məlumata görə, "ağ-qaralar" "Qəbələ"nin futbolçusu Emil Səfərovu heyətinə qatmağa hazırlaşır.

Artıq tərəflər arasında bütün şərtlərin razılaşdırıldığı və Səfərovun yaxın vaxtlarda "Neftçi"yə keçəcəyi gözlənilir.  Səfərovun "Neftçi" ilə uzunmüddətli müqavilə imzalayacağı ehtimal olunur.

Qeyd edək ki, milli komandamızın üzvü "Qəbələ" futbol akademiyasının yetirməsidir. "Qarabağ" da onu heyətinə qatmaq istəsə də, sonda "Neftçi" onu heyətinə qatmağa nail olub.

writer photo
Əlirza Əlirzalı
0