AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XXIX turunda baş verənlər müzakirə olunub.
“Sabah”ın baş məşqçisi Murad Musayevin də cəzası bəlli olub. “Səbail”lə səfər oyununda ikinci sarı, ardınca qırmızı vərəqə alan rusiyalı mütəxəssis 1 matçlıq cəzalanıb, klub 800 manat cərimələnib.
Həmin görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sabah” daha 800 manat ödəyəcək. Qonaqların müdafiəçisi Con İrasabal sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat xərcə salıb.
Bu qarşılaşma başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna görə “Səbail” 1600 manat cərimələnib. Eyni hal “Qarabağ” – “Kəpəz” matçında yaşandığı üçün Ağdam klubu da 1600 manat ödəyəcək.