"Liverpul"un “qara siyahısı”
14.04.2023 - 12:42
"Liverpul"un “qara siyahısı”

"Liverpul"un “qara siyahısı” açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, İngiltərə klubu heyəti yeniləmək üçün 13 futbolçu ilə yollarını ayıra bilər.

Qapıçı Adrian, yarımmüdafiəçilər Nabi Keyta, Aleks Oksleyd-Çemberlen və hücumçu Roberto Firmino mövsümün sonunda “qırmızılar”ı azad agent kimi tərk edəcəklər. 

"Yuventus"a icarəyə verilən yarımmüdafiəçisi Artur Melo, qapıçı Quimhin Kelleher, müdafiəçilər Sepp van den Berq, Ris Uilyams, Nataniel Fillips, Co Qomes, Konstantinos Tsimikas, Joel Matip və yarımmüdafiəçi Ceyms Milner isə satışa çıxarılacaq. 

Qeyd edək ki, Mersisayd təmsilçisi 29 oyundan topladığı 44 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0