“Liverpul”da daha bir itki
12.09.2022 - 18:51
“Liverpul”da daha bir itki

İngiltərənin “Liverpul” klubu daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Endi Robertsonun xidmətindən məhrum olub.

Dizindən zədə alan futbolçu qarşıdakı matçları buraxacaq. Futbolçunun durumu ağır olmasa da, ən azı Çempionlar Liqasının “Ayaks”la görüşündə forma geyinə bilməyəcək.

Qeyd edək ki, bununla da “Liverpul”un zədəli oyunçularının sayı 8-ə çatıb. Robertsona qədər Cordan Henderson, İbrahima Konate, Kertis Cons, Aleks Oksleyd-Çemberlen, Kuivin Kelleher, Kelvin Remzi və Nabi Keyta da zədələnib.
 

writer photo
Əlirza Əlirzalı
0