“Neftçi” - “Səbail” oyunlarının yeri dəyişdirildi
30.08.2022 - 13:22
“Neftçi” - “Səbail” oyunlarının yeri dəyişdirildi

Misli Premyer Liqasında “Neftçi” ilə “Səbail” arasında keçiriləcək oyunların yeri dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, “Bakcell Arena”nın qazonunda aparılacaq yeniləmə işləri ilə əlaqədar “Neftçi” VII turda “Səbail”lə matçın səfərdə oynanılmasını istəyib. Qəsəbə təmsilçisi də buna razılıq verdiyindən, I dövrənin qarşılaşması “ASCO Arena”da olacaq.

Əvəzində II dövrənin XV turundakı matçda “Neftçi” “Səbail”i qəbul edəcək.

writer photo
Əlirza Əlirzalı
0