Azərbaycanda 29-cu qrossmeyster
01.11.2022 - 11:43
Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.
Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, qaydalara əsasən 20 yaşlıların dünya çempionatında qalib olan zəka sahibi eyni zamanda beynəlxalq qrossmeyster tituluna sahib çıxır.
İtaliyada gənclərin dünya çempionatında qızıl medal qazanan Abdulla Qədimbəyli isə IX turda 3-cü qrossmeyster normasını yerinə yetirib. Bununla A. Qədimbəyli Azərbaycan şahmat tarixində 29-cu qrossmeyster olub.
Beynəlxalq Şahmat Federasiyasının yaxın aylarda bu barədə təsdiq məktubu ünvanlayacağı gözlənilir.
0
0