Premyer Liqadan A seriyasına
25.08.2022 - 15:39
“Çelsi”nin hücumçusu Mişi Batşuayi növbəti dəfə komandanı tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, son 4 ildə 5 dəfə icarəyə verilən belçikalı forvardın bu dəfə İtaliyada çıxış etmək variantı yaranıb.
A seriyası təmsilçisi “Salernitana” 28 yaşlı futbolçunun keçidində maraqlıdır. Artıq klublar arasında danışıqlara start verilib. O, “zadəganlar”ın baş məşqçisi Tomas Tuxelin planlarına daxil olmadığı üçün “Salernitana”ya keçidi real görünür.
Qeyd edək ki, Mişi Batşuayinin “Çelsi” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.
0
0