Vaqif Cavadov autsayder komandaya baş məşqçi təyin olundu
21.04.2023 - 20:40
Vaqif Cavadov autsayder komandaya baş məşqçi təyin olundu

"Sumqayıt"ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov “Sumqayıt-2”nin baş məşqçisi təyin olunub.

Apasport.az xəbər verir ki, Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt” FK-nın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov bu klubun U-19 komandasının baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.

Onu da bildirək ki, onun yeni komandası I divizionda 13 xalla sonuncu – 15-ci sıradadır.

writer photo
Əlirza Əlirzalı
0