Yığmamızın rəqibi “İnter” yolunda
13.08.2023 - 15:23
Yığmamızın rəqibi “İnter” yolunda

Avstriya yığmasının üzvü “İnter”ə keçə bilər.

Apasport.az saytı xəbər verir ki, Milan klubu Marko Arnautoviçlə ilkin danışıqlara start verib.

Avstriyalı futbolçunun çıxış etdiyi “Bolonya” 8 milyondan imtina edib. Komanda 34 yaşlı futbolçunu 10 milyon avroya satmaq niyyətindədir. Klubun direktoru Covanni Sartori təklifi yüksək qiymətləndirib və Markonun transferində maraqlı olduqlarını bildirib. “İnter”lə yanaşı, “Roma” da Arnautoviçi heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, Arnautoviçin çıxış etdiyi Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində yığmamızla eyni qrupda yarışır. Marko zədə üzündən mart ayında Lints şəhərində keçirilən və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada forma geyinməməşdi.
 

writer photo
Əlirza Əlirzalı
0