"Neftçi" yeni sponsorluq müqaviləsi imzalayıb.
Apasport.az saytının məlumatına görə, tədbir “Bakcell Arena” stadionunun konfrans zalında keçirilib.
Paytaxt klubunun “Liv Bona Dea Hospital”la əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi baş tutub. Tədbirdə "ağ-qaralar"ın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev, eyni zamanda hospitalın baş direktoru Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak edib.
Tərəflər 3 illik müqaviləyə imza atıblar. Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Neftçi”nin sağlamlıq sponsoru olacaq, Bakı klubunun əsas və ikinci komandasına, eyni zamanda akademiyasının komandalarına ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və s. kimi xidmət göstərəcək. Eyni zamanda “Neftçi”nin dərman preparatlarının ehtiyaclarının qarşılanmasında dəstək verəcək.