"Barselona"dan yeni ANTİREKORD
08.01.2024 - 11:42
İspaniya kubokunun 1/16 finalında “Barselona” “Barbastro” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Xavi Hernandezin yetirmələri görüşdə 3:2 hesablı qələbə qazanıb
Kataloniya klubu 20 qarşılaşmada 1 top fərqi ilə qalib gəlib. Bu, İspaniya klubunun tarixində ilk dəfə baş verib. “Barselona” sonuncu dəfə sentyabrın 19-da “Antverpen”lə matçda birdən çox qolla qalib gəlib
Qeyd edək ki, İspaniya çempionatında Xavinin komandası 19 turdan sonra 41 xal toplayıb.
0
0