Pioli İngiltərə klubundan gələn təklifi rədd edib
12.06.2024 - 09:38
Pioli İngiltərə klubundan gələn təklifi rədd edib

İtaliya klublarından "Milan"ın keçmiş çalışdırıcısı Stefano Pioli İngiltərə Premyer Liqasından gələn təklifi rədd edib.

Apasport.az xəbər verir ki, bu yay Pioli artıq Premyer Liqa klubundan təklif alıb. Söhbət "Nottingem Forest"dən gedir.

İtaliyalı çalışdırıcı İngiltərədən gələn təklifi rədd edib.

Stefano Pioli 2019-cu ilin oktyabrından "Milan"ı çalışdırır. O, 2021/22 mövsümündə A Seriyasının qalibi olub. 

writer photo
Əlirza Əlirzalı
0