“Neftçi” “Sivasspor”a məğlub oldu - YENİLƏNİB
11.07.2022 - 14:28
“Neftçi” “Sivasspor”a məğlub oldu - YENİLƏNİB

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Laurentsiu Regekampf yetirmələrini yerli komanda ilə matçda sınayıb.

“Ağ-qaralar” Türkiyə Super Liqa təmsilçisi “Sivasspor”la qarşılaşıb. “The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçirilən matçın taleyini bir qol həll edib. İsaak Kofinin 18-ci dəqiqədə vurduğu yeganə top sivaslılara 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, “Neftçi” Türkiyədəki ilk yoxlama görüşündə “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. Təmsilçimiz qardaş ölkədə daha bir sınaq matçı planlaşdırır.

Yoxlama görüşü
11 iyul
12:30. “Neftçi” – “Sivasspor” (Türkiyə) - 0:1

Bolu

writer photo
Əlirza Əlirzalı
0