Xavi "Barselona"da qalacaq
22.09.2023 - 17:48
Xavi "Barselona"da qalacaq

"Barselona"nın baş məşqçisi Xavi tezliklə kataloniyalılarla müqaviləsini uzadacağını təsdiqləyib.

Apasport.az saytı xəbər verir ki, 43 yaşlı mütəxəssis komanda rəhbərliyi ilə görüşərək məsələni həll etdiklərini deyib.

2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edən ispan klubda qaldığı üçün xoşbəxtdir: “Müqaviləmin uzadılma məsələsi bir neçə gün əvvəl həll olundu, razılığa gəldik və bu yaxınlarda açıqlanacaq. Çox xoşbəxtəm”.

Qeyd edək ki, bu mövsüm "Barselona" La Liqada 4 turdan sonra 10 xalla üçüncü sırada yer alıb. Xavinin yetirmələri ötən mövsümü çempion kimi tamamlayıb.

writer photo
Əlirza Əlirzalı
0