Lafferti millidən kənarlaşdırıldı
24.09.2022 - 10:33
Lafferti millidən kənarlaşdırıldı

Şimali İrlandiya millisinin futbolçusu Kayl Lafferti yığmadan kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Millətlər Liqasının Kosovo və Yunanıstanla görüşlərini buraxacaq.

Bu barədə qərarı yerli futbol federasiyası verib. Belə addım “Kilmarnok”un araşdırmalara başlamasından sonra atılıb. Klub rəhbərliyi Laffertinin fanatlardan biri ilə sektant xarakterli danışığını araşdırırır.

Qeyd edək ki, bir neçə il əvvəl Kaylın “Qarabağ”a keçə biləcəyi barədə xəbərlər yayılsa da, transfer baş tutmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0