"Neftçi" - "Spartak" matçı ləğv edildi
23.03.2024 - 16:28
"Neftçi" - "Spartak" matçı ləğv edildi

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu keçirilməyəcək. 

Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, matç Rusiya klubunun xahişi ilə ləğv olunub. Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

Qeyd edək ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

writer photo
Əlirza Əlirzalı
0