“Neftçi” – “Turan Tovuz”: KİM ŞANSLIDIR?
26.04.2023 - 13:07
“Neftçi” – “Turan Tovuz”: KİM ŞANSLIDIR?

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Turan Tovuz” görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları evdə mübarizə aparacaq Laurentsiu Regekampfın yetirmələrini matçın favoriti sayırlar.

Bu gün “Bakcell Arena”da baş tutacaq oyunda “Neftçi”nin uğuru 1,37, “Turan Tovuz”un qələbəsi 7,80 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,30 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. Ötən həftə Tovuzda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0