“Neftçi” və “Beşiktaş” rəhbərləri arasında görüş keçirildi
10.08.2023 - 17:03
“Neftçi” və “Beşiktaş” rəhbərləri arasında görüş keçirildi

“Neftçi” və “Beşiktaş” rəhbərləri arasında rəsmi görüş baş tutub.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Bu görüş Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək matçı ərəfəsində reallaşıb. Rəsmi yeməkdə hər iki klubun rəhbəri bir araya gəlib. 

Tədbirdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” arasında oyun saat 21:00-da keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0