Yenə darmadağın, yenə qrup sonuncusu - yığmamız
26.10.2022 - 16:21
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Latviyada keçirilən görüşdə Nərgiz Qurbanovanın yetirmələri Slovakiya ilə qarşılaşıb. Komandamız meydana çıxmağa peşman olub – 0:5.
Qeyd edək ki, bu, millinin ardıcıl üçüncü darmadağınıdır. Latviyaya da 0:4 hesabı ilə yenilən yığma qrupu sonuncu pillədə başa vurub.
0
0