11 gündən sonra komandasına qayıtdı
12.09.2023 - 18:00
11 gündən sonra komandasına qayıtdı

İtaliyada “Udineze” heyətini gücləndirməyə davam edir.

Apasport.az saytı xəbər verir ki, iyulun 1-də klubdan ayrıldığını açıqlayan Roberto Pereyra yenidən köhnə-yeni komandasına qayıdıb.

32 yaşlı argentinalı futbolçu udinelilərlə 2024-cü ilin iyun ayına kimi müqavilə imzalayıb. A seriyası təmsilçisində 200 matçda 20 qol və 33 məhsuldar ötürməyə sahib olan futbolçu geri döndüyü üçün xoşbəxt olduğunu deyib.

Qeyd edək ki, Pereyra komandaya 2020-ci ildə İngiltərə “Uotford”undan transfer edilib.

writer photo
Əlirza Əlirzalı
0