“Neftçi”də növbəti kuryoz qərar
04.07.2024 - 22:45
“Neftçi”də növbəti kuryoz qərar

Son aylarda köklü dəyişikliklər edən “Neftçi” klubu növbəti dəfə gündəmə gəlib. 

Apasport.az xəbər verir ki, “ağ-qaralar” rəhbərliyinin verdiyi yeni qərara əsasən növbəti həftədən klubun işçiləri yeməklə təmin olunmayacaq. Bu barədə “flaqman” hər bir işçiyə şəxsi ismarıc göndərib:

“Hörmətli əməkdaşlar, nəzərinizə çatdırırıq ki, 08.07.2024-cü il tarixindən klubun işçiləri yeməklə təmin edilməyəcək. Xahiş edirik nəzərə alasınız”.

writer photo
Əlirza Əlirzalı
0