“Zirə”də 4-cü ayrılıq
04.07.2022 - 15:36
“Zirə”də 4-cü ayrılıq

“Zirə” daha bir oyunçu ilə vidalaşıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi Ahmed Ayzaya ilə yollarını ayırıb.

Nigeriyalı yarımmüdafiəçi ilə gələn ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ayzaya ötən mövsüm Premyer Liqada 10 oyuna 1 qol vurub.

Qeyd edək ki, “Zirə” buna qədər Ağabala Ramazanov, Davit Volkov və Brayan Alseusla da sağollaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0