“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat verib.
Bildirilib ki, türkiyəli Cemal Bülbül akademiyanın texniki direktoru vəzifəsinə təyin olunub. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Karşıyaka” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib. O, 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. Cemal Bülbül UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.