"Neftçi"dən ilk legioner transferi – SON DƏQİQƏ
23.06.2022 - 10:34
Baş məşqçi postuna Laurentsiu Regekampfı gətirən "Neftçi" yeni mövsümün ilk transferini edib.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Premyer Liqanın gümüş medalçısı "Aşdod" ilə müqaviləsi bitən Ataa Caberi sıralarına qatıb.
28 yaşlı yarımmüdafiəçi artıq Azərbaycandadır və yaxın saatlarda müqavilə ilə bağlı xəbərin açıqlanması gözlənilir.
"Aşdod"un heyətində 30 oyuna 2 qol vuran Ataa Caber daha əvvəl Hayfa "Makkabi"si və "Bney-Saxnin"da da çıxış edib.
O, 2015 - 2017-ci illərdə İsrailin U-21 yığmasının da formasını geyinib.
0
0