“Turan Tovuz” Kamerun millisinin sabiq futbolçusunu bəyənmədi
17.01.2023 - 16:22
“Turan Tovuz” Kamerun millisinin sabiq futbolçusunu bəyənmədi

“Turan Tovuz” baxışa dəvət etdiyi Erik Ayukla bağlı qərarını verib. 

Apasport.az saytının məlumatına görə, kamerunlu futbolçu qərb təmsilçisinin məşqçilər korpusunun etimadını qazana bilməyib. 

Bu səbəbdən də yarımmüdafiəçi düşərgədən göndərilib. Bir müddətdir ki, klubsuz olan Ayuk “Ankaraspor”, “Filadelfiya Union” klublarında, həmçinin Kamerunun U-23 yığmasında oynayıb.

writer photo
Əlirza Əlirzalı
0