“Neftçi”dən Runinin menecerinə təklif
08.11.2022 - 14:06
“Neftçi”dən Runinin menecerinə təklif

Mövsümün sürpriz komandalarından “Turan Tovuz”un uğurlu startının memarlarından biri də hücumçu Runi Evadır.

Apasport.az saytının məlumatına görə, kamerunlu forvardın məhsuldar çıxışı Premyer Liqanın digər klublarının da diqqətini cəlb edib.

26 yaşlı futbolçu, xüsusən də, “Neftçi”nin transfer gündəminə düşüb. Mərkəz hücumçusu axtarışında olan “ağ-qaralar” qış fasiləsində oyunçunu transfer etməyə çalışacaq. Hətta rəhbərlik Evanın meneceri ilə əlaqə də saxlayıb və oyunçunun mümkün keçidi ilə maraqlanıb.

Qeyd edək ki, “Turan Tovuz”la müqavilə müddəti mövsümün sonuna qədər olan Runi Eva cari mövsüm Premyer Liqada 6 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0