“Sumqayıt”ın futbolçusu millidə UDUZDU
21.03.2024 - 18:58
“Sumqayıt”ın futbolçusu millidə UDUZDU


“Sumqayıt”ın müdafiəçisi İsa Suliman Pakistan yığmasında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, o, İordaniya ilə yoldaşlıq görüşündə meydana çıxıb.

Suliman komandanın kapitanı olub. İsanın 90 dəqiqə meydanda olduğu qarşılaşma rəqib yığmasnın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0