“Neftçi”nin avtobusu qəzaya düşdü
03.11.2023 - 17:32
“Neftçi”nin avtobusu qəzaya düşdü

"Neftçi"nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib. 

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qara rəngli "Hyundai" markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. 

Hər iki tərəfdə xəsarət alan olmayıb. “Neftçi” Misli Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 5-də Qəbələdə şəhərin eyni adlı kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” görüşü saat 16:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0