“Baş məşqçiyə və onun qərarına çox hörmətlə yanaşıram”.
Apasport.az saytının məlumatına görə, bunu “Arsenal”ın futbolçusu Qabriel Jezus deyib.
Braziliya yığmasının sentyabrdakı oyunlarına çağırılmayan hücumçu buna münasibət bildirib: “Tite, bütün məşqçilər korpusu və personala hörmətim var. Mən braziliyalıyam, həmişə də milli komandama azarkeşlik edəcəm. Digər futbolçulara da hörmətlə yanaşıram, onların da çox yaxşı keyfiyyətləri var. Yenidən Braziliya yığmasında oynamaq imkanı qazanmaq üçün hər şey edəcəm”.
Qeyd edək ki, Braziliya millisində 2016-cı ildə debüt edən Qabriel 56 oyunda 19 qol vurub.