"Neftçi"nin futbolçusu “Boluspor” yolunda - ÖZƏL
04.03.2024 - 21:29
"Neftçi"nin futbolçusu “Boluspor” yolunda - ÖZƏL

Futbol üzrə Türkiyə Birinci Liqa təmsilçilərindən “Boluspor”un milli komandamızın və “Neftçi”nin futbolçusu Eddi İsrafilovla maraqlanması barədə xəbər vermişdik.
Klubun rəsmisi də saytımıza açıqlamasında yarımmüdafiəçini qışda transfer etmək istədiklərini, lakin maliyyə məsələsinə görə keçidin baş tutmadığını demişdi.

Apasport.az saytına verilən məlumata görə, Türkiyə klubunun İsrafilova marağı hələ də davam edir.

Məlumata əsasən, onlar növbəti dəfə Eddini heyətlərinə qatmağa çalışacaq. Bunun üçün isə klub birbaşa futbolçuyla danışığa keçəcək.

“Boluspor” İsrafilovun maaşında bir az endirimə gedəcəyinə ümid edir. Bu baş verərsə, yayda onun transferi böyük ölçüdə rəsmiləşəcək.

Qeyd edək ki, Eddinin “Neftçi” ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. "Ağ-qaralar"ın İsrafilovla müqavilə müddətini artırıb-artırmayacağı hələ ki, bəlli deyil.

writer photo
Əlirza Əlirzalı
0