“Leypsiq”in Qvardiol qərarı
12.09.2022 - 17:31
“Leypsiq”in Qvardiol qərarı

“Leypsiq” müdafiəçisi Yoşko Qvardiolu satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubunun futbolçusu 2023-cü ilin yayında komandasını dəyişə biləcək.

“Çelsi” ötən yay Yoşko üçün 90 milyon avro təklif etmişdi. Lakin Bundesliqa klubu müdafiəçi satmağa razılaşmamışdı. Leypsiqlilər oyunçunun müştərilərinin, həm də qiymətinin artacağı qənaətindədir. London təmsilçisi isə artıq yanvarda yenidən danışıqları bərpa etməyi planlaşdırır.

Qeyd edək ki, Qvardiol 2021-ci ilin yayında keçdiyi “Leypsiq”də 53 oyunda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0