"Fənərbaxça" axtardığını Fransada tapdı
12.11.2023 - 13:31
"Fənərbaxça" axtardığını Fransada tapdı

“Fənərbaxça” "6 nömrə" yarımmüdafiəçi mövqeyini yeni futbolçu ilə gücləndirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Marsel” klubundan Pape Gueyeyə elçi düşüb.

Seneqal millisinin də formasını geyinən 24 yaşlı futbolçunun fransızlarla müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Hazırda heyətdən uzaqlaşdırılan futbolçunun qışda “sarı-lacivərdli” kluba gəlmək şansı yüksəkdir. Oyunçunun klubu ilə razılaşmasının bitməsinə az qalması da “Fənərbaxça”nın xeyrinə olan amillərdəndir.

Qeyd edək ki, 189 sm boya sahib olan Gueye karyerası ərzində 197 rəsmi matçda iştirak edərək, 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0