Mehdi Cənnətov sabiq klubuna qayıdır?
15.04.2023 - 14:59
Mehdi Cənnətov sabiq klubuna qayıdır?

“Zirə”nin qolkiperi Mehdi Cənnətov iş yerini dəyişə bilər. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, bir neçə klub 31 yaşlı qolkiperə elçi düşüb. 

Onlar arasında “Sumqayıt” daha öndə görünür. “Kimyaçılar” elitadakı yerini qoruyub-saxlaya bilsələr, yeni mövsümdən onların qapısı Cənnətov qoruyacaq. 

“Anji”nin yetirməsi olan Mehdi “Baltika” və “Sumqayıt” klublarında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0