Albaniyada favorit kimdir? - PROQNOZ
10.06.2022 - 14:59
Albaniyada favorit kimdir? - PROQNOZ

B liqasının 2-ci qrupunda I dövrəyə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının bu qrupunda əvvəlki qarşılaşmalar heç-heçə başa çatıb.

Futbol eksperti Yevgeni Moravski matçla bağlı proqnoz verib:

Albaniya millisi bu matça böyük ümidlər bəsləyir. Komandanın əvvəlki oyunlarına baxsaq, yaxşı təsir bağışlamır. Amma albaniyalılar zəif olmayan yığmalarla – İngiltərə, Çexiya və Polşa ilə üz-üzə gəlib. Yoxlama oyununda isə İspaniyadan məğlubiyyət alınıb.

İsrailin rəqibləri də yaxşı komandalar olub. Nəticələr isə qeyri-sabitdir. Millətlər Liqasının ilk matçında İslandiya ilə heç-heçə qeydə alınıb.

Albaniya son vaxtlar öz meydanında daha güclü oynayır. Əlbəttə, əgər rəqiblər İngiltərə səviyyəsində deyilsə. Hazırda Albaniyanın çox yaxşı hücum xətti var. Müdafiə heç də pis deyil. Bu matçda hər iki komandanın qol vuracağını gözləyirəm. Təbii ki, Albaniyanın qalib gəlməsi şərti ilə. Ev oyununda da bu tam realdır.
 

writer photo
Əlirza Əlirzalı
0