"Neftçi"nin futbolçusu Türkiyə və İtaliya klublarının diqqət mərkəzində
10.08.2024 - 19:53
"Neftçi"nin futbolçusu Türkiyə və İtaliya klublarının diqqət mərkəzində

Azərbaycanın U-19 millisi və "Neftçi"nin futbolçusu Murad Məmmədov dünya klublarının gündəminə düşüb.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu ilə Türkiyənin "Konyaspor", "Qaziantep" və "Alanyaspor" klubları maraqlanır.

Onun xidmətində maraqlı olanlar sırasında İtaliya təmsilçiləri "Latsio" və "Roma" da var. 

Qeyd edək ki, futbolçunun meneceri Elvin Zeynalov onun Türkiyədə oynamağa isti baxdığını deyib. 

writer photo
Əlirza Əlirzalı
0