"Neftçi"nin qapısı əmin əllərdə
23.01.2024 - 23:46
"Neftçi"nin qapısı əmin əllərdə

“Neftçi” qolkiperi Rza Cəfərovla uzunmüddətli müqavilə imzalamaq istəyir. 

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” 20 yaşlı qapıçıya daha yaxşı şərtlərlə yeni müqavilə təklif edəcək. 

Tərəflərin şifahi razılığa gəldiyi bildirilir. 

Qeyd edək ki, bu mövsümdən “Neftçi”də əsas qapıçıya çevrilən Cəfərovun xidmətində maraqlı olan Premyer Liqa klubları var. Amma aldığımız məlumata görə, Cəfərov “Neftçi”də qalmağa üstünlük verəcək.

writer photo
Əlirza Əlirzalı
0