Zelinski təklifi
29.07.2022 - 23:26
Zelinski təklifi

“Napoli”nin yarımmüdafiəçisi Petr Zelinski İngiltərə klubuna keçə bilər.

Apasport.az saytının məlumatına görə, “Vest Hem” italiyalıların tələb etdiyi məbləği ödəməyə razılaşıb.

Premyer Liqa təmsilçisi 40 milyon avro verməyə hazırdır. Tərəflərin artıq bu həftə danışıqları yekunlaşdıracağı gözlənilir.

Qeyd edək ki, “Napoli” ötən il Zelinski üçün 25 milyon avro təklif etsə də, keçid reallaşmamışdı.
 

writer photo
Əlirza Əlirzalı
0