Özbəkistan futbol tarixinin rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu “11-liy”i Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) müəyyənləşdirib.
Simvolik komandaya “Neftçi”nin sabiq müdafiəçisi Mustafa Bilalov da düşüb. 65 yaşlı veteran oyunçu 1985-1987-ci illərdə Bakı klubunun heyətində 83 oyun keçirib, 2 qol vurub.
Simvolik komanda:
Qapıçı: Yuri Pşeniçnikov;
Müdafiəçilər: Sergey Dotsenko, Vladimir Stern, Mustafa Bilalov, Gennadi Denisov;
Yarımmüdafiəçilər: Mircalal Qasımov, Mixail An, Berador Abdurahmov;
Hücumçular: Stanislav Stadnik, Gennadi Krasnitski, Vladimir Fyodorov.