"Mançester Yunayted"in futbolçusu üçün mövsüm bitdi
15.04.2023 - 01:56
"Mançester Yunayted"in futbolçusu üçün mövsüm bitdi

"Mançester Yunayted"in argentinalı mərkəz müdafiəçisi Lisandro Martines üçün mövsüm erkən başa çatıb.

Apasport.az xəbər verir ki, argentinalı dünya çempionu "Sevilya" ilə UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında zədələnib.

25 yaşlı futbolçu meydanı "Sevilya" futbolçularının köməyi ilə tərk edib və "Mançester Yunayted" son dəqiqələri 10 nəfərlə keçirməli olub. "Sevilya" isə bundan məharətlə yararlanaraq, hesabı bərabərləşdirib. 

writer photo
Əlirza Əlirzalı
0