“Neftçi”nin yeni baş məşqçisi haqda: “Uğur olmasa, məşuqəsinin azğın həyatından danışacağıq”
24.06.2022 - 10:03
“Neftçi”nin yeni baş məşqçisi haqda: “Uğur olmasa, məşuqəsinin azğın həyatından danışacağıq”

“Ümid edirəm ki, Regekampf yeni komandasında uğurlu nəticə əldə edər, bu barədə danışılar. Əks təqdirdə ancaq onun məşuqəsinin azğın həyatından danışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan deyib.

Prodan rumıniyalı mütəxəssisin şəxsi həyatının onun karyerasına zərbə vurduğunu düşünür. O, xüsusən də, 47 yaşlı çalışdırıcının sevgilisinin ona problem yaradacağı qənaətindədir: “Dua edirəm ki, orada uğurlu olsun. Çünki diqqətini işinə cəmləməsə, karyerası maksimum təhlükə altında olacaq. Əgər məşuqəsinin fotosessiyasına, sosial şəbəkədə paylaşdığı qarnının, ayaqlarının şəklinə diqqət yetirsə, onun üçün çox pis olar. Krayovada gördünüz ki, instaqram postları, fotosessiyalar onu hara apardı. Bu ölkələrdə şübhə ilə yaşamaq çətindir. Mən bunu daha əvvəl demişəm. Bu qadının keçmişi bütün həyatı boyu onu izləyəcək. Əgər qalib gəlsə, onu aşağı çəkəcək. Əgər uduzsa, onu dəfn edəcəklər. Hər halda, hamının dilindən düşməyən, mənim də gördüyüm şəkil və videoları onun üçün karyeranın sonu demkədir”.

Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.
 

writer photo
Əlirza Əlirzalı
0