“Neftçi”nin müqaviləsini uzatmayaraq yollarını ayırdığı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında 61 matça çıxıb.
Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümünün gedişində Bakı klubunun sükanı arxasına keçərək “ağ-qaralar”a 8 ildən sonra çempionluq qazandıran mütəxəssis Premyer Liqa və Azərbaycan kubokunda iki fərqli mövsümdə komandaya rəhbərlik edib.
O, avrokuboklarda özü üçün debüt mövsümündə hər üç turniri – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını görüb.
Abasovlu “Neftçi” 61 oyunda 32 qələbə qazanıb. Bu, 52,5 faizlik göstəricidir. Onun yetirmələri 14 dəfə heç-heçə edib (22,9 faiz) və 15 dəfə (24,6) uduzub.
Bakılılar artıq sabiq sayılan baş məşqçisinin rəhbərliyi altında 61 görüşdə mümkün olan 183 xaldan 110-nu toplayıb. Bu da 60 faizlik göstəricidir.
Bu, onu postunda saxlamamağa qərar verən Müşahidə Şurası üçün yetərli nəticə olmayıb. Məhz bu üzdən onun yerinə ölkə xaricində mütəxəssis axtarışı davam edir.
Premyer Liqa |
47 |
29 |
8 |
10 |
82-44 |
95 |
Kubok |
6 |
1 |
4 |
1 |
4-3 |
7 |
Avrokuboklar |
8 |
2 |
2 |
4 |
9-16 |
8 |
Cəmi |
61 |
32 |
14 |
15 |
95-63 |
110 |