Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə edib
08.04.2024 - 09:12
Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə edib

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster IV turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Abasov rəqibi ilə heç-heçə edib - 0,5:0,5.

O, hazırda 1,5 xalla 4-8-ci yerləri bölüşdürür. Rusiyalı Yan Nepomnyaşi (FIDE) 3 xalla liderdir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

writer photo
Əlirza Əlirzalı
0