“Qarabağ”la oyunda start heyətində yer alacağımı gözləmirdim”.
Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un gənc futbolçusu Andreas-Rixardos Ntoi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirilən IV tur oyunu barədə danışarkən deyib.
19 yaşlı yarımmüdafiəçi 0:0 hesabı ilə yekunlaşan matçda müdafiənin mərkəzində oynamasının ona problem yaratmadığını vurğulayıb: “Bakıda oynamağım qəfil alındı. Mən də gücümün yüz faizini ortaya qoydum. Fikrimcə, dəyərli 1 xal qazandıq. Komandada ulduz futbolçular var ki, onlar mənə əlavə motivasiya verir, çox kömək edirlər. Dayaq yarımmüdafiəçisi olduğumdan, müdafiənin mərkəzində çıxış etmək problem deyildi. Topu hara ötürəcəyim barədə düşünmək üçün yerim və vaxtım olur. İndi bütün diqqətimiz çempionatda qarşıdakı matça yönəltməliyik”.
Qeyd edək ki, G qrupunda 4 turdan sonra “Qarabağ” 7 xalla ikinci, “Olimpiakos” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.