"Bavariya" azarkeşlərinə bəd xəbər
28.01.2024 - 21:04
"Bavariya" azarkeşlərinə bəd xəbər

"Bavariya"nın əsas heyyət üzvü sıradan çıxıb.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin cinah oyunçusu Kinqsli Koman diz bağını zədələyib.

Bundesliqada şənbə günü "Auqsburq"la matçın 26-cı dəqiqəsində meydandan çıxan futbolçu həkim müayinəsindən keçib. Nəticədə zədənin ilkin düşünüldüyü qədər ciddi olmadığı, əgər bərpa plana uyğun gedərsə, 27 yaşlı fransızın apreldə meydana qayıda biləcəyi deyilir.

Qeyd edək ki, bu mövsüm 24 matçda forma geyinən Koman 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0