"Nürnberq" Mahir Emrelinin keçidini açıqlayıb
06.08.2024 - 17:33
"Nürnberq" Mahir Emrelinin keçidini açıqlayıb

Mahir Emrelinin Almaniyanın 2-ci liqasına keçidi barədə daha əvvəl məlumat vermişdik.

Apasport.az xəbər verir ki, futbolçunun "Nürnberq"ə transferi rəsmən açıqlanıb.

Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Emreli bundan əvvəl Xorvatiyanın "Dinamo Zaqreb" klubunda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0