Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət basketbol milliləri bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşlərinə çıxacaqlar.
Apasport.az xəbər verir ki, qızlardan ibarət komanda Albaniya ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:45-da başlayacaq. Evren Alkayanın rəhbərlik etdiyi kollektiv qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra yığma yarımfinalda iştirak hüququ qazanıb.
Oğlanlardan ibarət kollektiv isə Kosovonu sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Tahir Baxşıyevin komandası qrup mərhələsində Albaniyaya 56:60 hesabı ilə məğlub olub, sonrakı ikinci görüşdə isə Moldova (78:55) və Maltanı (56:50) üstələyib.
Qeyd edək ki, qızların yarışına Cəbəllütariq, oğlanların turnirinə isə Albaniya ev sahibliyi edir.